Dində özüm əməl etmədiyim şeyləri başqalarına tövsiyə edə bilərəmmi?

    20.03.2015
Sual: 
Salam Aleykum..Sualim odurki Men dini movzular oxuyuram qulaq asiram yadimda qalir ..Men caliwiram ibret goturum ama emel elemediklerimde olur..bidiklerimi daniwa bileremmi dini movzulari insanlara yoxsa emel etmesem daniwa bilmerem.????? Allah razi olsun
Cavab: 

Aleykum salam. Bəli, özünüz əməl etmədiyiniz şeyləri başqalarına tövsiyə edə bilərsiniz. Uca Allah  buyurur: "Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar insanlara yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir". (ət-Tövbə, 71).
Amma dəvətinizin daha bərəkətli olması və nəticə verməsi üçün özünüz də həmin şeylərə əməl etməyə çalışmalısınız. Ümumiyyətlə, dəvət ilk növbədə insanın özü üçün xeyirlidir. Belə ki, başqalarını dəvət edən insan özü həmin şeylərə əməl etmədikdə utanaraq özünü düzəldir. Həmçinin oxuyun: İslama dəvət necə olmalıdır?

Paylaş: