Dünyada varlı, xoşbəxt yaşayanlarla kasıb, əzab çəkənlər axirətdə eyni olacaqmı?

    20.03.2015
Sual: 
Salam sualimi cavablandirdiginiza gore tesekkur edirem amma bezu seyler var ki men onlari oldugu kimi yaza bilmemisem siz de buna gore duzgun yazmamissiz menim gunahimdi eslinde duzdu mene aid deyil biri yuxuyla bagli hekaye,o birileri duz gelir menim sualimin cavabudu cox sag olun men demek isteyirem ki eslind e bu dunyada. ezabla yasayanlarin ve xosbextce varli yasayanin ferqi nededi her ikisini Allah yaradib mes usaqliqdan yetim ne bilim zulm gormus ve ua usaqliqdan xosbext yasayan mene elegeliro varli xosbex De cennetegedi Niye bu qeder usaqliqdan ezab paxilliq pislik gormus insan niyetaleyi beleolmaqda ferqmi deyim sinaqmi meqsed geleceyi insan ne qeder sebredir edirem eetmisem edecem allah xetrine amma basqasini dagunahini dasiyabilerikmi . ? Cnki bir qarisqani bele incitmemisem axi niye inaniram Allah mujdeleyir sebr edeni etmese de tek Allahimi cox coox sevirem evvelceden tesekkur edirem uca Allah sizi qorusun
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır" (əl-Bəqərə, 155-157)
Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Böyük mükafat bəlanın böyüklüyünə görə verilir. Uca Allah bir camaatı sevdikdə onları imtahana çəkir. Kim razı qalarsa, Allahın razılığını qazanar, kim narazı qalarsa Allahın qəzəbini qazanar". (Tirmizi, 2396; İbn Məcəh, 4031). "Allah quluna xeyir istədikdə onun cəzasını bu dünyada tezləşdirər və quluna şər istədikdə onun günahlarını əvəzini tam verənə kimi Qiyamət Gününə saxlayar". (Tirmizi, 2396). 
Bu o demək deyil ki, varlılar cənnəti qazana bilməz və ya bütün kasıblar bütün varlılardan öndə olacaq. Uca Allah insanları müxtəlif vasitələrlə imtahana çəkir. Kasıblıq və sıxıntı imtahan olduğu kimi, var-dövlət də imtahandır. Varlı insanın da Allaha şükr edəcəyinə və malından bir qismini Allah yolunda xərcləyəcəyinə, yoxsa həddini aşaraq nankorluq edəcəyinə baxılır.

Başqasının günahını daşımaq barəsində Uca Allah buyurur: "Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün (başqasını köməyə) çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz...". (Fatir, 18).

Teqlər: 
Paylaş: