Dinimizdə dünyanın yaranması necə izah edilir?
Aleykum salam. Uca Allah buyurur: "Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır". (əl-Əraf, 54).
"Göyləri və yeri icad edən (yoxdan var edən) Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: "Ol!" - deyər, o da olar". (əl-Bəqərə, 117).
"De: "Doğrudanmı siz yeri iki gündə yaradanı inkar edir və bütləri Ona tay tutursunuz? Axı O, aləmlərin Rəbbidir. O, yerin üstündə möhkəm duran dağlar yerləşdirdi, onu bərəkətli etdi və ruzi istəyənlər üçün orada yer əhlinin ruzisini tam dörd gündə yerbəyer etdi. Sonra O, tüstü halında olan göyə tərəf yönəlib ona və yerə: "Könüllü surətdə və ya məcburi olaraq gəlin əmrimə boyun əyin!"– dedi. Onlar: "Könüllü olaraq gəldik!"– dedilər. O, iki gündə onları yeddi göy kimi yaratdı və hər göyə onun özünə məxsus vəzifə tapşırdı. Biz dünya səmasını qəndillərlə bəzədik və mühafizəmizə götürdük. Bu, Qüdrətli və Bilən Allahın əzəli hökmüdür." (Fussilət, 9-12)
"Mələklər və Ruh (Cəbrail) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar". (əl-Məaric, 4).
"...Rəbbinin yanında olan bir gün sizin saydığınızın min il kimidir!" (əl-Həcc, 47).
Bəziləri bu ayəni böyük partlayışa dəlil olaraq deyirlər, amma bu barədə səhih dəlil yoxdur: "Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi?" (əl-Ənbiyə, 30).
Həmçinin oxuyun: İnsan nə üçün yaradılıb?