Namaz qılıram, amma hicab bağlamağa qorxuram

    22.03.2015
Sual: 
ELHAMDULILLAH NAMAZ QILIRAM.ama hicab hele taxmiram.artiq cox isteyirem hicabi REBBIMnesib etsin.qorxuram etdiyimiz gunahlardan.subheler qorxular icimi yiyir.ama REBBIME guvenirem sadece qorxuram.mene meslehet verin.ALLAH SIZDEN RAZI OLSUN
Cavab: 

Salam aleykum. Allaha həmd olsun ki, onun əmrlərini yerinə yetirməyə səy göstərirsiniz. Allahın vacib buyurduğu şeyləri yerinə yetirmək istəyənlərə Allah özü kömək olur. Şübhə və qorxular isə şeytanın vəsvəsələridir. Allahın izni ilə hicab bağladıqdan sonra bunlar keçib gedəcək. Hicab geyinən və digər vacib əməlləri edən qadının Cənnətə girəcəyini Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə demişdir: "Qadın beş vaxt namazını qılarsa, Ramazan orucunu tutarsa, özünü haramdan (həmçinin haram baxışlardan) qoruyarsa və ərinə itaət edərsə, Qiyamət günü ona: Cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol - deyilər...". (İmam Əhməd, 1661).
Daha ətraflı: Hicab - azadlıqdır!

Teqlər: 
Paylaş: