İmsak yeməyini vaxtından gec yeyib qurtarmaq orucu pozurmu?

    22.03.2015
Kimdən: 
ulviyye
Sual: 
Salam.Men bugun imsaqimi gec bitirdim.Indi teqvime baxiramki 6.05 de azandi.Mense 6.25de yedim qutardim.Oruc sayilmiram indi.pozum orucumu?Allah razi olsun.evvelceden sagolun.
Cavab: 

Aleykum salam. Bilmədən yeməyi vaxtından gec qurtarmaq orucu pozmur. Sübh namazının azanı verilərsə və ya təqvimlə sübh namazının vaxtı daxil olarsa, qarşınızdakı yeməyin son tikəsinə qədər yeyilməsi icazələdir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Kimsə əlində yemək qabı olduğu halda azanı eşitsə, ehtiyacı olan qədər yemədikcə qabını yerə qoymasın". (Əbu Davud, 2333).  Amma buna adət etmək yaxşı hal deyil. Uca Allah buyurur: "...Dan yeri söküləndə ağ sap (şəfəq) qara sapdan (gecənin qaranlığından) seçilənə qədər yeyin-için. Sonra gecəyədək orucunuzu tamamlayın...". (əl-Bəqərə, 187).
 

Teqlər: 
Paylaş: