Elçi gələn oğlanın yanında baş örtüsünü açmaq olarmı?

    26.03.2015
Sual: 
Salam aleykum. Qamet Suleymanov bir dersinde demisdiki oqlan elci geldikde qiz basini aca biler yeni evde nece herlenirse elede oqlanin qarsisina cixa biler.bunu aciqliyardizda birdeki eyer qiza cox elci geldise onda qiz butun hamisinin yaninda acmalidi basini?
Cavab: 

Aleykum salam. Müsəlman qadın ona elçi gəlmiş kişinin yanında baş örtüsünü aça bilər. Yəni evdə adəti üzrə necə gəzirsə, o halda da məhrəmi ilə birlikdə elçi düşən oğlanın qarşısına çıxa bilər. Həmçinin bəzənməməli və zinət əşyalarından da istifadə etməməlidir. Muğira ibn Şöbə (Allah ondan razı olsun) bir qadınla evlənmək istədikdə Peyğəmbərimiz (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) ona belə buyurmuşdur: "Ona bax, görüş. Çünki bu, aranızda sevginin davamına vəsilə olar". (ət-Tirmizi; ən-Nəsai; İbn Məcəh). Lakin naməhrəmlə yanında məhrəmi olmadan görüşmək olmaz: "Allah və axirət gününə iman edən yanında məhrəmi, bir yaxını olmayan qadınların yanına girməsin. Çünki belə olduğu halda üçüncüsü şeytandır". (İmam Əhməd).
Qeyd edək ki, bəzi alimlər bu halda baş örtüsünü açmağı qadağan etmişlər.

Teqlər: 
Paylaş: