"Elm öyrənmək ibadətdir" deyildikdə, hansı elm nəzərdə tutulur?

    03.04.2015
Sual: 
Salam aleykum."Elm oyrenmek ibadetdir". Bilmek isterdimki, elm dedikde dunyevi ve dini cehetden olan elmdir? Yoxsa sadece dini elm?
Cavab: 

Aleykum salam. Əksər hallarda Quran və hədislərdə elm deyildikdə şəri elm və onunla əlaqəli elmlər nəzərdə tutulur. Amma ümumən müsəlmanlara fayda verən hər bir elmlə məşğul olmaq xeyirli əməllərdəndir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Öləndən sonra insan üçün ən xeyirli olan bu üç şeydir; onun üçün dua edən əməlisaleh övlad qoyub getməsi, mükafatı kəsilməyən sədəqə və özündən sonra qoyub getdiyi faydalı elm". (Muslim, 1631). Daha ətraflı: Elm öyrənmək haqqında

Paylaş: