Saçı "poluboks" stilində qırxdırmaq olarmı?

    28.03.2015
Kimdən: 
Muhammad Dagreere
Sual: 
Allahin salami olsun muselmaq qardash ve bacilara.men oyrenmek isterdim,sach qirxdirarken,bashin qiraglari agarti shekilinde,ust terefi ise qaramtil shekilinde(buna el arasinda "polu-boks" sach duzumu deyirler)qalmagi Islamda problemdirdi?ve ya bunun haram olduguna dair deliliniz varmi?bunun gunah olub-olmadigini bilmek isterdim.(qeyd edimki,men sachimi 5 yashindan bele kesdirirem) zehmet olmasa sualimi cavablandirasiniz.Allah elminize bereket versin,saytinizin ishlerinde ise size muvefeqiyyetler nesib etsin.amin!
Cavab: 

Aleykum salam. Həddindən artıq ağartmaq bəyənilmir. İbn Ömərin (radıyəllahu anhumə) rəvayətinə görə, Allah Rəsulu (salləllahu əleyhi və səlləm) bir uşağın saçının bir hissəsinin taraş edildiyini, digər qisminin olduğu kimi qaldığını gördü. Dərhal bunu qadağan etdi və belə buyurdu: "Ya hamısını taraş edin, ya da hamısını olduğu kimi saxlayın!" (Əbu Davud "Təraccul", 14).
Həmçinin; "Rəsulullah (salləllahu əleyhi və səlləm) başın bir qismini taraş edib digər qismini saxlamağı qadağan etmişdir". (əl-Buxari: "Libas", 72; Muslim "Libas", 72).

Paylaş: