İnsan asqırdıqda hansı duanı oxumalıdır?

    13.01.2014
Sual: 
Essalamu aleykum va rahmatullahi va beraketuhu. Bilmek isterdim ki, asqiranda qarşı teref ve asqiran şexs ne deyir? Bu haqda delil subut haradan getirmek olar?
Cavab: 

Va aleykumus Sələm va rahmətullahi va bərakətuhu.

Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: "Sizdən biri asqırsa, "əlhəmdulilləh" yəni (həmd olsun Allaha!) desin. Qardaşı və ya dostu isə ona: "yərhəmukəllah" yəni (Allah sənə rəhm etsin!) desin. O da "Allah sənə rəhm etsin!" deyənə: "yəhdikumullahu va yuslihu bələkum"  yəni (Allah sizi doğru yola yönəltsin və işinizi avand etsin!) desin". (əl-Buxari 7/125).

Teqlər: 
Paylaş: