Hansı malı zəkat götürmək olmaz?
İbn Abbas (A.R.O.) deyir ki, Peyğəmbər (S.A.V.) Muazı (A.R.O.) Yəmənə göndərərkən ona demişdi: «(zəkatı yığarkən) insanların ən yaxşı mallarını götürmə...»[1]
Ənəs (A.R.O.) deyir ki, Əbu Bəkr (A.R.O.) ona məktub yazıb Allahın Peyğəmbərinə əmr etdiyi zəkatı bildirir. Məktubda deyilirdi: «Zəkatı, əldən düşmüş, eyibli heyvanla və ya keçi ilə vermək olmaz. Əgər zəkat toplayan istəsə (bu heyvanların kasıblar üçün daha faydalı olduğunu görsə) götürə bilər»[2].