Novruz bayramını qeyd etmək günahdırmı?
Aleykum salam. İslam dinində iki məqbul bayram var: Ramazan və Qurban bayramları. Bunlardan başqa bayramları qeyd etmək olmaz. Novruz bayramı isə digər dinlərdən qalmışdır. Ənəs ibn Məlik (radıyəllahu anhu) demişdir: "Allahın Rəsulu (salləllahu aleyhi və səlləm) Hicrətdən sonra Məkkədən Mədinəyə gəldikdə, Mədinəlilərin (Novruz bayrmı günü ilə Mehracan günü adlandırdıqları) oynayıb əyləndikləri iki günləri var idi. Allahın Rəsulu (salləllahu aleyhi və səlləm): Bu günlər nədir? – deyə soruşdu. Mədinəlilər: Biz (İslamdan əvvəl), cahiliyyət dövründən üzü bəri bu günlərdə əylənirik, dedilər. Bunu eşitdikdə Allahın rəsulu belə buyurdu: Şübhəsiz ki, Allah Təala sizə o iki günün əvəzinə (dünyada və axirətdə) daha xeyirli olan iki bayramı; Qurban bayramı və Ramazan bayramını vermişdir". (Əbu Davud, 1134; ən-Nəsai, 1556).