Novruz münasibətilə bişirilən yeməkləri yemək olarmı?
Sual:
salamun eleykum.novruz bayraminin,yeni ilin,kecirilmesinin haram oldugunu bilirem.amma novruz bayramina yaxin semeni halvasi bisirilir . bu halvani yemek gunahdir?
Cavab:
Aleykum salam. İlk öncə qeyd edək ki, qeyri-islami bayramları qeyd etmək olmaz. Bu bayramlarda bişirilən yeməklərin yeyilməsinin icazəli olub-olmaması barədə islam alimləri ixtilaf ediblər. Bəzi alimlər bunun haram olduğunu deyiblər. İmam Əhməd, Sufyan əs-Sovri (Allah onlara rəhmət etsin) kimi alimlər qeyd ediblər ki, bu yeməkləri yemək icazəlidir. Bəzi alimlər məkruh (bəyənilməyən) görüblər. Bəzi alimlər isə ət məhsulları ilə digər yeməklər arasında fərq qoymuşlar: O gün üçün kəsilmiş heyvanların ətləri istisna olmaqla, digər yeməkləri yemək olar. Bu görüşdə olan alimlər deyirlər ki, bir şərtlə yemək olar ki, o yeməkləri yeyərkən bayramda iştirak etməyi, bayramı qeyd edənlərin bayram sevinclərini artırmağı qəsd etməyəsiniz.