Yeni doğulmuş körpəyə ondan əvvəl ölmüş uşağın adını qoymaq olarmı?
Sual:
Salam. Allah cəmi ölənlərə rəhmət etsin. Amin. Menim qız övladım 1-yaşında dünyasını deyişdi. Əgər Allah qismət etsə yenə qız övladım olarsa, təkrar dünyasını dəyişmiş uşağın adını qoymaq olarmı? Əvvəlcədən təşəkkür.
Cavab:
Aleykum salam. Allaha dua edirik ki, sizə onun əvəzində daha xeyirli övlad versin. Bəli, yeni doğulan körpəyə ondan əvvəl ölmüş uşağın adını vermək olar. Həmçinin oxuyun: Ölmüş körpə üçün ağlamaq