Taksi sürücüsünün danışılandan çox pul alması günahdırmı?
Sual:
salam aleykum.seyahetde idim.taksi woferine yaxinlawdim qiymetde razilawdim.ama meni unvana catdirdiqdan sonra menden artiq pul istedi.behane getirdiki bu qiymete razilawmamiwiq.ama halbuki Allah wahiddi.elave pul verdim ve Allaha hevale etdim onu.bilmek isterdim hemin taksi woferi gunah qazanirmi?
Cavab:
Aleykum salam. Bu aldatma və başqasının haqqına girməkdir (qul haqqı). Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurub: "Bizi aldadan bizdən deyil". (Muslim, İman, 164). Hədisin mənası ümumidir. Alış-verişdə, nəsihət etməkdə, söz verərkən, əmanətdə aldatmaq və s. digər şeylərdə aldatmaq bura daxildir.
Daha ətraflı: Qul haqqı barədə