Körpə uşağın bədənində Quran ayələrinin yazılması haqqında video doğrudurmu?
Aleykum salam. Bu videoda göstərilənlərin nə dərəcədə haqq olub-olmadığını deyə bilmərik, doğrusunu Allah bilir. Uca Allah buyurur: "Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil?" (Fussilət, 53). Uca Allahın möcüzələri hər yerdədir. Arif insanlardan biri belə deyir: "Yaşadığın bu fani həyatda yaşamağın iki yolu var. Ya baxdığın hər bir şeydə, hər bir yerdə Allah Təalanın bir möcüzəsini, hikmətini görəcəksən, düşünəcəksən və bundan ibrət alacaqsan! Yəni həyatının hər sahəsində, kainatda elə bir zərrə yoxdur ki, baxdıqda orada Allahın ucalığını, yaratma sənətini, əsərini, möcüzəsini görə bilməyəsən. Bu da aqillərin işidir. Yaxud da baxdığın, gördüyün hər bir şeyə "bu belə də olmadır" deyib adi yanaşaraq dəyərsiz sayaraq üzərindən keçəcəksən! Bu da sefəhlərin işidir".