Kimlərin yanında niqabsız gəzmək olar?

    16.04.2015
Kimdən: 
Aygün
Sual: 
Kimlərin yanında niqabsız gəzmək olar?
Cavab: 

Salam aleykum. Niqabın vacib olub olmaması alimlər arasında ixtilaflıdır. Bəzi alimlər sünnət, bəziləri isə vacib olduğunu deyiblər. Amma hər halda Qadın nə qədər bağlı olsa təqvaya (Allah qorxusu) bir o qədər yaxındır. Niqabın sünnət olduğunu deyən alimlərə görə hər kəsin yanında niqabsız gəzmək olar. Niqabın vacib olduğunu deyən alimlərə görə isə yalnız məhrəmlərin yanında niqabsız gəzmək olar. Ümumiyyətlə islamda müsəlman qadın üçün örtünmə qaydası Qurani Kərimdə izah edilir. Həmin ayəyə əsasən üz və əllər istisna olmaqla bədənin digər hissələri tamamilə örtülməlidir. Uca Allah buyurur: "Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar; zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları kölələrdən, yaxud ehtirasını itirən kişi xidmətçilərdən, yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri zinət əşyaları bilinsin deyə ayaqlarını (yerə) vura-vura yeriməsinlər. Ey iman gətirənlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız". (ən-Nur, 31).
Həmçinin, peyğəmbər (sallallahu aleyhi və səlləm) Əsmaya (radıyallahu anhə): "Ey Əsma, qadın həddi-büluğ dövrünə çatdığı vaxt ondan görünən olan ancaq budur (bu olmalıdır)", – demiş və öz mübarək üzü və əlini göstərmişdir".

Teqlər: 
Paylaş: