Namaz qılan qadına dırnaqlara lak vurmaq olarmı?

    15.01.2014
Sual: 
Namaz qilana lak vurmaq gunah sayilirmi?
Cavab: 

Salam aleykum. Qadınlar öz məhrəmləri yanında dırnaqlarına bəzək və zinət məqsədi ilə lak vura bilərlər. Xüsəsən də ailəli qadınlar, öz həyat yoldaşları üçün bəzənməlidir. Amma nəzərə almaq lazımdır ki, lak dırnaqların üzərində müəyyən bir təbəqə yaradan və suyun dırnaqlara keçməsinin qarşısını alan bir maddə olduğu üçün hər dəstəmaz vaxtı onu təmizləmək lazım gələcək. Lakin, heyzli vaxtı qadınlar dəstəmaz alıb namaz qılmadıqlarına görə heyzdən təmizlənənə qədər lak vura bilərlər. Xalid ibn Sədan (Allah ondan razı olsun) deyir: "Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bir nəfərin namaz qıldığını gördü. Onun ayağının üst hissəsində dirhəm böyüklüyündə yerə su dəyməmişdi. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ona, dəstəmazı və namazı yenidən etməyi əmr elədi". (Əbu Davud, 173).

Teqlər: 
Paylaş: