Peyğəmbərimiz vəfat etdikdən sonra cümə namazını kim qıldırıb?
Sual:
SALAM.Peygamberimiz dunyasini deyisdikden sonra cuma namazini kim qilmisdi?
Cavab:
Aleykum salam. Allah Rəsulun (Allahın ona salavatı və salamı olsun) vəfatından sonra xəlifə Əbu Bəkr (Allah ondan razı olsun) olmuş və namazları da əsasən o qıldırmışdır. Allah Rəsulu sağlığında da, ölümünə yaxın xəstə vaxtlarında imamlıq üçün onu irəliyə çəkmişdir.