Qədərə iman məndə çaşqınlıq yaradır
Aleykum salam. Ümumiyyətlə qədər mövzusu islamda ən ağır mövzulardan biri hesab olunur. Siz sadəcə qəbul etməlisiniz ki, Uca Allah sizi yaradıb və o Özü belə istəyib. Amma Allahdan başqa heç kim bilmir ki, sonunda bizim aqibətimiz necə olacaq. Hər halda Uca Allah bizə ixtiyar verib və öz əməllərimizi öz istəyimizlə edirik, bizi heç kim məcbur etmir. Buna görə də məsuliyyət daşıyırıq və sorğu-sual olunacağıq. Yaxşı əməlləri ağır gələn Cənnətə, pis əməlləri ağır gələn isə Cəhənnəmə düşəcək. Bu səbəbdən aqibətimizin yaxşı olmasına çalışmalıyıq. Ona görə bu cü mövzulara çox yaxın durmayıb, əməllərimizdə düz, Allah və Rəsulunun istədiyi kimi olmağa səy göstərmək lazımdır. Belə etsək bu bizim üçün xeyirdir. Həmçinin səhih bir hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) deyib ki, "Üç mövzu vardır ki, onlar barədə söhbət düşdükdə susun. Onlar; Səhabələrim, ulduzlar və qədər mövzusudur". (əl-Buxari).