İcarə, kirə və ya muzd

    31.03.2015

Tərifi: Ərəb dilində "əl-İcarə" sözü, qarşılıq, əvəz mənasını verir.
Şəriətdə isə, nəyinsə əvəzində, nəyəsə sahib olmaq – mənasındadır.
Bunun icazəli olması:
Uca Allah buyurur: «sizin üçün uşaq əmizdirirlərsə, onların (süd) haqqını verin...»[1].
Digər ayədə buyurur: «(O iki qızın) biri dedi: “Atacan! Onu muzdla (çoban) tut, çünki bu güclü, etibarlı adam (indiyə qədər) muzdla tutduqlarının ən güclüsü və əmin olanıdır!”»[2].
Başqa ayədə isə belə buyurur: «...Onlar orada yıxılmaq (uçulmaq) üzrə olan bir divar gördülər. (Xızır) onu düzəltdi. (Musa) dedi: “Əgər istəsəydin, sözsüz ki, bunun müqabilində bir müzd (çörək pulu) alardın»[3].
Aişə (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) və Əbu Bəkr birinci Bənu əd-Deyl qəbiləsindən, sonra Ədiy ibn Ədiy qəbiləsindən olan bir kişini müzdla bələdçi tutdular»[4].

 
[1] ət-Talaq: 6.
[2] əl-Qəsəs: 26.
[3] əl-Kəhf: 77.
[4] Hədis səhihdir. əl-İrva: № 1489. Buxari: 4/ 442/ № 2263.