Quran oxumağa görə mükafat almaq

    31.03.2015

Əbdürrəhman ibn Şibl əl-Ənsari (A.R.O.) deyir ki, mən Peyğəmbərin (S.A.V.) belə dediyini eşitmişəm: «Quranı oxuyun, amma onunla (qazanc əldə edib) yeməyin, onunla dünyaya çox bağlanmayın, ona laqeyd yanaşmayın, ifrata da varmayın»[1].
Cabir ibn Abdullah (A.R.O.) deyir ki, «Biz Quran oxuyurduq. Aramızda bədəvilər və qeyriləri mövcud idi. Bu zaman Peyğəmbər (S.A.V.) yanımıza gəldi və dedi: Quran oxuyun. Bu yaxşı əməldir. Amma vaxt gələcək bir qrup insan, piyalə necə gözəldirsə (onlar da təkəbbürlük edib), Quranı elə gözəl oxumağa çalışacaqlar. Doğrudan da onlar Quranın savabını tez (bu, dünyada) almağa tələsir, sonraya (axirətə) saxlamırlar (yəni, əməllərini Allah üçün deyil, dünya mənfəəti üçün sərf edirlər)»[2].
Əbu Səid əl-Xudri (A.R.O.) deyir ki, mən Peyğəmbərin (S.A.V.) belə dediyini eşitmişəm: «Quranı dünya məqsədləri üçün öyrənən insanlar gəlməmişdən əvvəl, siz onu öyrənin və onunla Allahdan cənnəti istəyin. Çünki Quranı öyrənən insanlar üç qrupdur: Öyünən, qazanc əldə edən və Allah rizasına öyrənən»[3].

 
[1] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 1168. Əhməd: 15/ 125/ № 398.
[2] Hədis səhihdir. Silsilətus Səhihə: № 259. Əbu Davud: 3/ 58/ № 815.
[3] Hədis səhihdir. Silsilətus Səhihə: № 463. Bu rəvayəti İbn Nasr “Qiyamul Leyl” kitabında (səh. 74) rəvayət etmişdir.