Bu əməlin icazəli olması

    31.03.2015

Uca Allah buyurur: «Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinə borc verib aldıqda, onu yazın!...»[1].
İbn Abbas (A.R.O.) demişdir: «Mən şahidlik edirəm ki, uca Allah Öz kitabında, müəyyən bir şeyi vaxtından əvvəl, təyin edilmiş müddətə əvvəlcədən nəğd qiymətə (peşin) satmağı halal etmiş, icazə vermişdir. Sonra İbn Abbas (ötən) bu ayəni oxudu:...»[2].
İbn Abbas digər rəvayətdə isə belə deyir: «Peyğəmbər (S.A.V.) Mədinəyə gələndə oranın camaatı xurmanı əvvəlcədən iki və ya üç illik peşin satırdılar. O, bunu görəndə dedi: Kim malını peşin satmaq istəsə, satdığı malın çəkisini və vaxtını dəqiq etsin»[3].

 
[1] əl-Bəqərə: 282.
[2] Hədis səhihdir. əl-İrva: № 1369. Hakim: 2/ 286. Beyhəqi: 6/ 18.
[3] Buxari: 4/ 429/ № 2240. Müslim: 3/ 1226/ № 1604. Tirmizi: 2/ 387/ № 1325. Əbu Davud: 9/ 348/ № 3446. İbn Macə: 2/ 765/ № 2280. Nəsai: 7/ 290.