Borcu gözəl şəkildə qaytarmaq
Əbu Hureyrə (A.R.O.) deyir ki, bir kişinin Peyğəmbərdə (S.A.V.) borc dəvəsi var idi. Kişi gəlib öz dəvəsini istəyirdi. Peyğəmbər (S.A.V.) onun dəvəsini qaytarmağı tapşırdı. Onlar kişinin dəvəsi ilə eyni yaşda olan dəvə axtardılar, tapa bilmədilər. Dəvlərin hamısı böyük idi. Peyğəmbər (S.A.V.) dedi: «Verin getsin». Kişi dedi: Sən mənim borcumu artıqlaması ilə qaytardın, Allah da səni qorusun. Sonra Peyğəmbər (S.A.V.) dedi: «Sizin ən xeyirliniz, borcunu qaytararkən gözəl şəkildə qaytaranınızdır»[1].
Cabir ibn Abdullah (A.R.O.) deyir: «Mən Peyğəmbərin (S.A.V.) yanına gəldim, o, məsciddəydi (hədisin Yəsur adlı rəvayətçisi deyir: Mənə elə gəlir ki, o, duha namazının vaxtında gəldiyini demişdi). Mənə dedi: İki rükət namaz qıl. Mənim isə onda borcum var idi. O borcumu qaytardı və artıq da verdi»[2].
İsmail ibn İbrahim ibn Abdullah ibn Əbu Rabiə əl-Məxzumi atasından, o da babasından rəvayət edir ki, Peyğəmbər (S.A.V.) Huneyn döyüşündə ondan, otuz və ya qırx min borc aldı. Qayıdanda mənim borcumu qaytardı və sonra dedi: «Allah sənin malına və ailənə bərəkət versin. Borcun mükafatı onu qaytarmaq və təşəkkür etməkdir»[3].