Mənfəət gətirən hər bir borc, sələm sayılır

    31.03.2015

Əbu Burdə deyir ki, mən Mədinəyə gəldim və Abdullah ibn Səlamla rastlaşdım. O dedi: Gəl mənimlə birlikdə evə gedək. Sənə, Peyğəmbər (S.A.V.) içən qabda içməyə bir şey verərəm. Onun namaz qıldığı məsciddə də namaz qılarsan. Mən onunla yola düşdüm. O mənə içməyə bir şey, yeməyə xurma verdi. Sonra onun məscidində namaz qıldım. O dedi: Sən, sələmin geniş yayıldığı bir şəhərdəsən. Sələmin növlərindən biri də budur ki, bir nəfər digərinə müəyyən vaxta borc verir. Vaxt bitəndə borcu və əlavə olaraq bir səbət hədiyyəni gətirir. Bax sən o səbətdən və içindəki hədiyyədən uzaq ol»[1].

 
[1] Hədis səhihdir. əl-İrva: 5/ 235. Beyhəqi: 5/ 349.