Əl-Həram hüdudlarında tapılan əşya

    31.03.2015

Əl-Haram hüdudlarında tapılan əşyanı özünə deyil, yalnız sahibini araşdırmaq üçün götürmək olar.  Digər yerlərdə tapılan əşyalardan fərqli olaraq, burada tapılan əşyaları bir il elan ediləndən sonra da özünə götürmək olmaz. İbn Abbas (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Allah Məkkəni həram etmişdir. Bu yer məndən öncə (orada döyüş aparmaq və s. üçün) heç kəsə halal olmamış, məndən sonra da heç kəs üçün halal olan deyil. Yalnız mənim üçün günün bir hissəsi (ərzində burada döyüş aparmaq) halal olmuşdur. Buranın otu biçilməz, ağacı kəsilməz, ovu ovlanmaz, itən əşyalar – sahibini araşdırmaqdan başqa digər məqsədlə götürülməz»[1].

 
[1] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 1751. əl-İrva: № 1057. Buxari: 4/ 46/ № 1833.