Onun müsəlman və azad olması, xərclərinin çəkilməsi

    31.03.2015

Əgər uşaq Müsəlman ölkəsində tapılarsa onu müsəlman kimi, harada tapılmasından asılı olmayaraq onu azad insan kimi qəbul etmək lazımdır. Çünki əslinə baxanda adəm övladı azad sayılır. Əgər tapılan uşağın var-dövləti olarsa xərcləri ondan ödənər. Əks halda isə dövlətin xəzinəsindən (beytul maldan) ödənər.
Bənu Suleym qəbiləsindən olan Suneyn Əbu Cəmilə adlı bir kişi deyir: «Mən itmiş uşaq tapdım və onu Ömər ibn Xəttabın yanına gətirdim. Məni yaxından tanıyan insan dedi: Ya Əmirəl Möminin, bu əməlisaleh bir kişidir. Ömər dedi: Doğrudan belədir? O dedi: Bəli. Ömər dedi: Elə isə uşağa sahib çıx. O, azad insandır. Səndən ona baxmaq, bizdən isə xərclərini ödəməkdir»[1].

 
[1] Hədis səhihdir. əl-İrva: № 1573. Malik: 524/ 1415. Beyhəqi: 6/ 201.