Bu əmələ təşviq
Tərifi: Hədiyyə, insanın sağ vaxtında öz malını başqasına əvəzsiz verməsidir.
Bu əmələ təşviq: Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Ey müsəlman qadınlar, qonşu qonşuya (verdiyi şeyin az olmasını düşünüb), hətta qoyunun boyun ətini verməkdən çəkinməsin»[1].
Digər rəvayətdə isə Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Hədiyyə verin ki, bir-birinizi sevəsiniz»[2].