Nəyə and içmək and sayılır?
Tərifi: Ərəb dilində "əl-Əyman" sözü, yəmin sözünün cəmidir. Bu sözün əsl mənası "əl" deməkdir. Andın bu adla adlandırılmasına səbəb, ərəblərin and içərkən bir-birinin əlindən tutması idi.
Şərii mənada, Allahın ad və ya sifətini dilə gətirməklə bir şeyə özünün təkidini bildirməkdir.
And, yalnız uca Allaha, onun adlarından və ya sifətlərindən birinə and içməklə and sayılır.
Abdullah ibn Ömər (A.R.O.) deyir ki, Peyğəmbər (S.A.V.) miniyi ilə gedən Ömər ibn Xəttabın ata-babasına and içdiyini eşitdi və dedi: «Həqiqətən uca Allah ata-babanıza and içməyi sizə qadağan edir. Kim and içərsə Allaha and içsin ya da sussun»[1].
Ənəs ibn Malik (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Cəhənnəm, ardıcıl olaraq: yenə gələn varmı? – deyərək dilə gələcəkdir. Sonda İzzətli Rəbb ayağını oraya qoyacaq. Cəhənnəm isə: Sənin izzətinə and verirəm, kifayətdir – deyəcək və hər tərəfdən yığılacaqdır»[2].