Andın kəffarəsi
Kim andını pozarsa aşağıdakı kəffarələrdən birini verməlidir:
- Ailənizə yedirtdiyinizin orta hesabından on yoxsulu yedirdib doyurmaq.
- Yaxud geyindirmək.
- Yaxud da bir kölə azad etmək.
Bu kəffarələrdən birini etməyə imkanı olmayan şəxs üç gün oruc tutmalıdır. Ötən üç növ kəffarədən birini etməyə imkanı olan insan, kəffarə olaraq oruc tuta bilməz.
Uca Allah buyurur: «Allah sizi bilmədən (səhvən) içdiyiniz andlarınıza görə cəzalandırmaz (məzəmmət, sorğu-sual etnəz), lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə cəzalandırar. Belə bir andı pozmağın kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabından on yoxsulu yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün oruc tutmalıdır. Bu, içdiyiniz andların kəffarəsidir...»[1].
[1] əl-Maidə: 89.