Dərzinin istifadə etdiyi manikenin hökmü nədir?

    02.05.2015
Kimdən: 
Gunay
Sual: 
AsSalamu aleykum. Men derziyem ve işimle elaqedar olaraq geyimleri tikmek üçün mankenden istifade ediren. Bu manken başsızdir yalniz bedeni var. O olan otaqda namaz qılarken narahatlıq keçirirem. Büt hökmünde ola bileceyinden narahat oluram. Bundan elave hicab tikmek üçün başlı mankenler almaq isteyirem lakin insana benzediyi üçün narahatam. Bu mankenlerin hökmü nedir? Men tebii ki, ondan işimle elaqedar istifade edirem, büt kimi yox. Allah elminize bereket versin Amin.
Cavab: 

Aleykum salam. Manikenin başı olmadığı halda heç bir günah yoxdur. Əgər başının olması zərurəti yaranarsa, çalışın üzü olmasın. Namaz qılmaq üçün başqa yer yoxdursa, manikenin üzərinə bir şey atıb namaz qılmaq daha yaxşıdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Cəbrayıl yanıma gəldi və dedi: "Dünən gəlmişdim, daxil olmağıma mane olan qapının yanındakı heykəl idi. Evdə üstündə şəkillər olan pərdə var idi, həmçinin orada it var idi. Elə isə əmr et qapının yanındakı heykəlin başını götürsünlər, ağac şəklinə düşsün. Əmr et pərdəni kəsib götürsünlər üstündə gəziləcək döşəkcə düzəltsinlər. Göstəriş ver iti bayıra çıxarsınlar. Rəsulullah sallallahu aleyhi və səlləm (deyildiyi) kimi etdi. (Əbu Davud, Tirmizi)

Paylaş: