Yağış yağanda dua etmək olarmı?
Sual:
Salam aleykum. Deyirler yagish yaganda dua etmek olarmi? Bu sherik qoshmaq sayilmir?
Cavab:
Aleykum salam. Bu, Allaha şərik qoşmaq sayılmır. Siz yağışa dua etmirsiniz, sadəcə həmin an Allaha dua edirsiz. Əksinə, islamda duanın qəbul olunması üçün gözəl vaxtlarından biri də yağış yağandadır. Peyğəmbər s.a.s belə buyurur:
Yağış yağarkən belə dua edin: Allahım bizə bu yağışı bol faydalı et. "Allahummə sayyibən va nafiən." (əl-Buxari, 2/518)