1 Aprel də insanları güldürmək üçün yalan danışmaq günahdırmı?

    02.05.2015
Kimdən: 
Allah Bendesinden
Sual: 
Salam sualim budu 1 Aprelde insanlari guldurmek ucun yalan soylemek biz muselmanlara gunahdirmi Bu gunu biz kecire bilerikmi ili gunahdir?
Cavab: 

Aleykum salam. İstisna halları çıxmaq şərti ilə yalan danışmaq böyük günahlardan sayılır. Ummu Kulsum (radıyəllahu anhə) demişdir: "Peyğəmbərin üç şeydən başqa insanlara yalan danışmağı güzəştə getdiyini görməmişəm; döyüşdə düşmənə, insanların arasında islah etmək üçün, kişinin öz qadınına və qadınının öz ərinə (tərifləyərək) danışdığı yalan". (Muslim, hədis: 2605).
Ümumən məzəli söhbətlər etmək və zarafatlaşmaqda heç bir qəbahət yoxdur. Bir şərtlə ki, zarafat doğru olmalı, xüsusilə də çox edilməməlidir. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) zarafat edərdi, lakin haqdan başqa söz söyləməzdi. Ancaq zarafat edərkən yalana yol verilərsə, bu qadağandır. Peyğəmbərimiz belə insanlar barəsində xəbərdarlıq edərək demişdir: "Vay olsun insanları güldürmək üçün yalan danışanların halına, vay olsun, vay olsun!". (Əbu Dəvud, 4992; əd-Dərimi, 2758; ət-Tirmizi; ən-Nəsəi).
Abdullah ibn Ömər (radıyəllahu anhumə) rəvayət edir ki, peyğəmbər dedi: "Mən zarafat edirəm, amma heç vaxt yalan danışmıram". (ət-Tabərani: "əl-Mu`cəm əl-Kəbir" kitabı, 319/12).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Mən haqq olaraq mübahisəni tərk edən kəsin Cənnətə sığınmağına, zarafat etdikdə belə yalanı tərk edənə Cənnətin ortasında, əxlaqını gözəlləşdirən şəxsin Cənnətin yuxarısında evi olmasına zamin duraram". (Əbu Dəvud: 4/253).
Daha ətraflı: Rəsulullahın zarafatları

Paylaş: