Fatimə və Məryəm haqqında bu deyilənlər doğrudurmu?

    03.05.2015
Sual: 
Salam aleykum. Hz.Fatimə xanimin hec vaxt heyz olmadigi dogrudur? Bəs Hz. Məryəm? Bir də Hz. Məryəm deyərkən əleyhissəlam demək olar?
Cavab: 

Aleykum salam. Bu cür cəfəng fikirləri yayan bidətçilərin (dində yenilik edənlər) məqsədi Allah qatında fəzilətli insanları insan cildindən çıxardaraq və onlara oxşamağın qeyri-mümkün olduğunu təbliğ edərək müsəlmanları ruhdan salmaq, həmçinin öz günahlarına bəraət qazandırmaqdır. Uca Allah Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "De: "Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin ilahınız Tək olan İlahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı işlər görsün və icra etdiyi ibadətlərində Rəbbinə heç kəsi şərik qoşmasın!" (əl-Kəhf, 110).
"Mən də an­caq si­zin ki­mi bir bə­şə­rəm…". (Bu­xa­ri, Sa­lat 31, Əh­kam, 20).
Həmçinin oxuyun: Ən fəzilətli qadınlar kimlərdir?

Paylaş: