"Allah bizə yetər, o nə gözəl vəkildir" sözlərinin mənası

    04.05.2015
Sual: 
salam aleykum.bir yerde oxudumkh Allah bize yeter o bize nece de gozel vekildir.heqiqetende beledirmi yoxsa bawqa menada verilib?
Cavab: 

Aleykum salam. Uca Allah yaralı olduqları halda üzərlərinə qoşun gəldiyi xəbər verilən səhabələri vəsf edərək buyurur: "Bəzi adamlar onlara: "Camaat sizə qarşı ordu toplayıb, onlardan qorxun!"– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: "Allah bizə yetər. O nə gözəl Qoruyandır (Vəkildir)! "– dedilər. Onlar özlərinə heç bir pislik toxunmadan, Allahın neməti və mərhəməti sayəsində geri döndülər və Allahın razılığına tabe oldular. Allah böyük lütf sahibidir" (Ali-İmran, 173-174)

Vəkil sözü ərəb dilində "inanılmış, işlər həvalə edilən kimsə" mənasını bildirir. Ayədə vəsf olunan möminlər Allaha qəlbən inanmış, üzərlərinə düşən hər şeyi yerinə yetirdikdən sonra nəticəni Ona həvalə etmişdilər. Uca Allah Ona qəlbən inananları və yalnız Ona təvəkkül edənləri qoruyur. Həmçinin oxuyun: Allaha təvəkkül etmək nə deməkdir?

Paylaş: