Qadın hamiləlik zamanı qəza orucu tutulmalıdırmı?

    16.01.2014
Sual: 
Salam Aleykum. Movlud Kandiliniz mubarek. Butun muselman baci ve qardashlarim. Menim sualim beledir. Dord (4) ayliq hamileyem, Ramazan ayindan besh (5) qeza orucum qalib. Men ne edim? Ovladim olandan sora novbeti Ramazan ayi girir. Ne etmeliyem? Bilmirem.
Cavab: 

Aleykum salam. Dinində qullarına genişlik və yüngüllük qoyan Allaha həmd olsun!
Əgər oruc tutmaq hamilə qadının öz səhhətinə və uşağna zərər deyilsə, hamilə qadın qəza oruclarını tuta bilər. Əgər oruc tutmaq qadının özünün və ya bətnindəki uşağın zəifləməsinə səbəb olarsa, bu halda növbəti Ramazan ayı girmiş olsa belə, hamiləlik bitdikdən sonra bu qəzaları qarşıdan gələn Ramazan ayında buraxdığı günlərlə birlikdə qəza edər. Uca Allah belə buyurur: "Allahdan (Allahın əzabından) bacardığınız qədər qorxun. (Sizə verilən öyüd-nəsihətə) qulaq asın; (Allaha və Peyğəmbərinə) itaət edin...". (ət-Təğabun, 16). Həmçinin oxuyun:
Hamilə və ya uşaq əmizdirən qadın oruc tuta bilərmi?

 

Teqlər: 
Paylaş: