Sevişmək zina sayılırmı?

    09.05.2015
Kimdən: 
nazka
Sual: 
salam bir qiz istediyi oglanla gorusub cinsi elageden baska her sey olursa zina sayilirmi?hetta oglan onun cinsiyetine Eli ile toxunsa ustden onda nece?suallarima gore uzr istiyirem
Cavab: 

Aleykum salam. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Adəm oğlunun zinadan bir nəsibi vardır. Heç şübhəsiz ki, o buna mütləq düşəcəkdir. Gözlərin zinası baxmaqdır. Qulaqların zinası dinləməkdir. Dilin zinası danışmaqdır. Əlin zinası tutmaqdır. Ayağın zinası addımlamaqdır. O, ki qaldı qəlbə o, arzu və təmənna edir. Övrət yeri ya bunu təsdiq edəcəkdir, ya da inkar". (İmam Əhməd "Musnəd", 1/412).
"Sizlərdən birinin başına dəmir iynənin soxulması, onun üçün naməhrəm qadına toxunmaqdan xeyirlidir". (ət-Tabərani).

"Bir-birini sevən cütlük üçün evlənməkdən (nigahdan) daha münasib, üstün (bir şey) olmayıb (yoxdur)". (İbn Məcəh, 1847).
"Qoy evlənməyə imkanı olan (hər kəs, cavanlar) evlənsin. Çünki evlilik, gözləri və cinsiyyət üzvünü (zinadan) qoruyan ən yaxşı (səbəbdir). İmkanı olmayanlar isə oruc tutsunlar. Çünki oruc (insanın) şəhvətini soyudur". (əl-Buxari, 1905). Daha ətarflı: Sevgililər görüşüb əl-ələ tuta bilərlərmi?

Paylaş: