Qaş almaq, iqamə vermək və nəşidə qulaq asmaq barədə
Sual:
salam aleykum bildiyime gore qas alana aldirana Peygamber s. a.s lenet etmisdir olmaz ama bir sey esitdim ki, eger qadinin gasi cox qalindisa ve kisiye benziyirse kisiye benzememek ucun olar bu dogrumu?Qadin Iqame vere bilermi? nasid dinlemek haramdimi?
Cavab:
Aleykum salam.
- Peyğəmbərimiz (salləllahu aleyhi buyurmuşdur: "Allah, bədənə döyən və döydürən, qaş alan və aldıran, gözəllik üçün dişlərinin arasını yondurub Allahın yaratdığında dəyişiklik edən qadınlara lənət eləsin!" (əl-Buxari). Əgər həddən artıq çoxdursa və görünüşə ciddi xələl gətirirsə, bu halda qaşları bir az götürərək düzəltməyə icazə verilir.
- Qadınlar namaz üçün iqamə oxumamalıdır. Fərdi şəkildə, yaxud içlərindən birinin imamlığı ilə namaz qılması fərq etməz. Eynilə qadının azan oxuması da şəriətdə gəlməmişdir. Hədislərdə bildirildiyi kimi azan və iqamə ancaq kişilərə aiddir.
- İslam alimləri müsəlmanları müasir dövrdəki naşidalara qulaq asmaqdan şiddətli şəkildə çəkindirib.