Üz və qaş tüklərini aldırmaq günah sayılırmı?

    10.05.2015
Sual: 
dinde üz-qash aldirmaq günah sayilirmi?
Cavab: 

Salam aleykum. Üz tüklərini, həmçinin iki qaşın arasındakı tükləri almaqla bağlı qadağa bildirilməyib. Qaşları almaq isə günahdır. Abdullah ibn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, gözəl görsənmək üçün Allahın yaratdıqlarına dəyişiklik edərək döymə döyənə və döydürənə, qaş aldıranlara Peyğəmbər (salləllahu aleyhi və səlləm) lənət etmişdir. (ət-Tirmizi, 3010). Əgər həddən artıq çoxdursa və görünüşə ciddi xələl gətirirsə, bu halda qaşları bir az götürərək düzəltməyə icazə verilir.

Teqlər: 
Paylaş: