1-ci və 4-cü günlər tutulan oruc barədə yaza bilərsinizmi?

    10.05.2015
Sual: 
Salam.1 ci ve 4 cu gunler oruc tutmaq isteyirem.Xahish edirem hansi saatlarda orucu tutmaq ve hansi saatlarda acmaz lazimdir deyesiniz.Allah razi olsun...
Cavab: 

Aleykum salam. Ümumiyyətlə, istənilən orucu tutarkən sübh namazının vaxtının girməsinə qədər sahur yeməyini yeyib qurtarmaq, məğrib namazının vaxtı girdikdə isə iftar etmək lazımdır. Gündəlik namaz vaxtlarına saytımızın ana səhifəsində baxa bilərsiniz.
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) hər həftənin 1-ci və 4-cü günləri oruc tutardı. Səbəbini soruşanlara demişdir: "İnsanların əməlləri Uca Allaha bazar ertəsi və cümə axşamı günləri ərz olunur; mən əməlimin ərzi əsnasında oruclu olmağı üstün tuturam". (Əbu Davud, "Savm", 60; İbn Macəh, "Siyam", 42).
"Hər müsəlman və hər bir mömin bu günlərdə bağışlandığı halda, yalnız ibadətdə nakam olanlar bağışlanmaz. Onlar üçün Allah, onları gecikdirin deyər". (İmam Əhməd).
Həmçinin Allah Rəsulundan (sallallahu aleyhi və səlləm) bazar ertəsi günü oruc tutmağın fəziləti soruşulduqda, O: "O gün mənim doğulduğum, peyğəmbər olduğum (və ya mənə vəhy gəldiyi) gündür". (Səhih Muslim, Siyam, 197, 198). Daha ətraflı: Peyğəmbərin orucu

Teqlər: 
Paylaş: