Ev eşşəklərinin haram olunması

    10.04.2015

Ənəs ibn Malik (A.R.O.) deyir ki, bir nəfər Peyğəmbərin (S.A.V.) yanına gəlib dedi: "eşşəklər yeyildi!". Sonra daha bir nəfər gəlib: "eşşəklər yeyildi!" – dedi. Digər bir nəfər isə gəlib dedi: "Eşşəklər qurtardı!". Peyğəmbər (S.A.V.) bir nəfərə: «Həqiqətən Allah və rəsulu, ev eşşəklərinin ətini yeməyi sizə qadağan edir. O nəcisdir!» – deyib, insanlara car çəkməyi əmr etdi. Bu xəbəri eşidəndə ət ilə qaynayan qazanlar dağıdıldı[1].

 
[1] Buxari: 9/ 653/ № 5528. Müslim: 3/ 1540/ № 1940.