Nəyi qurban kəsmək olmaz
Ubeyd ibn Feyruz deyir ki, mən Bəra ibn Azibə dedim ki, Peyğəmbərin (S.A.V.) xoşlamadığı (məkruh saydığı) və ya qadağan etdiyi qurbanlar haqqında mənə məlumat ver. O dedi: Peyğəmbər (S.A.V.) əli ilə – mənim əlim onun əlindən qısadır – belə işarə edib (dörd barmağını göstərib) dedi: «Dörd cür heyvan qurbanlığa yaramaz: Bir gözü açıq-aşkar kor olan, xəstəliyi aydın bilinən, axsaqlığı aşkar görsənən, qıçı sınıb ağlını itirmiş gəzə bilməyən heyvan» Mən ona dedim: Mən qulağında kəsik olan heyvanın qurban kəsilməsini xoşlamıram. O dedi: Hansı heyvanı qurban kəsmək istəmirsənsə öz işindir. Amma bunu heç kəsə haram etmə[1].
Beş aylıq çəpişi (bir yaşı tamam olmamış) qurban kəsmək olmaz. Demək Bəra ibn Azib (A.R.O.) deyir ki, Əbu Burdə adlı dayım bayram namazından öncə qurban kəsmişdi. Peyğəmbər (S.A.V.) ona dedi: «Sənin kəsdiyin qoyun, adi halda ət yemək üçün kəsilən qoyun kimi sayılır».
O dedi: Ey Allahın elçisi, mənim əldə böyüyən beş-altı aylıq bir çəpişim var. Peyğəmbər (S.A.V.) dedi: «Kəs, amma səndən başqa heç kəsə belə heyvanı kəsməyə icazə vermirəm». Sonra sözünə davam edib dedi: «Kim heyvanı bayram namazından öncə kəsərsə özü üçün (ət yeməyə) kəsmişdir. Kim bayram namazından sonra kəsibsə o qurban kəsmiş və müsəlmanların sünnəsinə uyğun hərəkət etmişdir»[2].