Miras məsələlərində qərəzli olmaqdan çəkinmək lazımdır

    10.04.2015

İslamdan öncə cahiliyyət dövründə ərəblər miras payını kişilərə və böyük uşaqlara verər, qadınları və azyaşlıları isə bundan məhrum edərdilər. İslam şəriət gəldikdə uca Allah hər bir haqq sahibinin haqqını özünə verməyi əmr etdi və bu hüquqları «Allahın tövsiyəsi»[1], «Allahın müəyyən etdiyi miqdar»[2] adlandırdı. Bundan sonra Allahın şəriətinə qarşı çıxaraq miras hüquqlarını pozanlara ciddi xəbərdarlıq və mütləq bir əzab vəd edərək buyurdu:
«Bunlar Allahın hədləridir (hökmləridir). Hər kəs Allaha və Peyğəmbərinə itaət edərsə, Allah onu (ağacları) altından çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da (möminlər üçün) böyük qurtuluşdur (uğurdur)! Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib Onun hədlərini aşarsa, (Allah da) onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir»[3].

 
[1] ən-Nisa: 12.
[2] ən-Nisa: 11.
[3] ən-Nisa: 13-14.