Nəsil-nəcabət səbəbi ilə varis olanlar üç qismdir

    10.04.2015

1. Özləri varis olanlar: Bunlar, varis olan kişilərdir. Yalnız ər və anabir uşaq istisnadır.

2. Başqalarına görə varis olanlar: Bunlar qızlar, oğulun qızları, doğma bacılar və atabir bacılardır. Bu qadınların hər biri öz qardaşı ilə birgə varis sayılır. Belə halda qadına qardaşına düşən payın yarısı düşür.
Uca Allah buyurur: «...Əgər varislər qardaş və bacılardan (bir qardaş, bir bacı və ya bir neçə bacı-qardaşdan) ibarət olarsa, kişiyə (qardaşa) qadına (bacıya) düşən payın iki misli verilir...»[1].

3. Başqaları ilə birlikdə varis olanlar: Bunlar qızlar ilə birlikdə olan bacılardır: Bunun sübutu isə İbn Məsudun hədisidir. «Qıza mirasın yarısı, oğulun qızına isə üçdə iki hissəni tamamlamaq üçün altıda bir hissə, yerdə qalan isə bacıya düşür»[2].

 
[1] ən-Nisa: 176.
[2] Hədis səhihdir. əl-İrva: № 1683. Buxari: 12/ 17/ № 6736. Əbu Davud: 8/  97/ № 2873. Tirmizi: 3/ 285/ № 2173. Əbu Davud və Tirmiziin rəvayətində son cümlə yoxdur.