Mirasdan tam məhrum etmə iki əsas üzərində dayanır
- Əgər kimsə ölən insana kiminsə vasitəsi ilə nisbət olunursa, həmin adam sağ olduqca nisbət olunan insana mirasdan pay düşmür. Məsələn, ölən adamın oğlunun oğulu. Ölənin oğlu sağ olduqca, oğulun oğulu varis ola bilməz. Yalnız anabir övladlar istisnadır. Onlar analarının vasitəsi ilə ölənə nisbət olunsalar da, ana sağ olduğu halda ölənin varisləri sayılırlar.
- Yaxın qohum uzaq qohumdan ön sayılır. Oğulun mövcudluğu, qardaşı oğlunu mirasdan məhrum edir. Əgər varislər eyni dərəcə olarlarsa daha çox qohumluq bağlılığı olan varis sayılır. Məsələn, doğma qardaş, atabir qardaşı mirasdan məhrum edir.