Cəzalar, qohum və ya qeyrisi, adlı-sanlı və ya adi insan arasında fərq qoyulmadan olduğu kimi tətbiq edilməlidir

    10.04.2015

Ubadə ibn əs-Sammit (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir:
«Cəzaları qohum və ya qeyrisi arasında fərq qoymadan tətbiq edin. Allahın hökmlərini tətbiq edərkən heç kəsin qınağı sizə mane olmasın»[1].
Aişə (A.R.O.) deyir ki, Usamə (A.R.O.) (oğurluq etmiş) bir qadının bağışlanmasına görə Peyğəmbərə (S.A.V.) xitab etdi. O isə dedi: «Elə sizdən əvvəlki ümmətlərin həlak olmasına səbəb, zəif insanları cəzalandırıb, adlı-sanlı insanları əfv etmələri idi. Nəfsim əlində olana and olsun ki, əgər (qızım) Fatimə belə bir cinayət etsəydi onun da əlini kəsərdim»[2].

 
[1] Hədis həsəndir. Səhih Sünən İbn Macə: № 2058. İbn Macə: 2/ 849/ № 2540.
[2] Hədis səhihdir. əl-İrva: № 2319. Buxari: 12/ 86/ № 6887.