Zina etməyin cəzası
Zina etmək haramdır. O, ən böyük günahlardan biridir.
Uca Allah buyurur: «Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!»[1]
Abdullah ibn Məsud (A.R.O.) deyir ki, mən Peyğəmbərdən (S.A.V.) hansı günahın daha böyük olmasını soruşdum? O dedi: «Allah səni yaratdığı halda, başqasını ona ortaq qoşmağın». Mən dedim: Bəs sonra? O dedi: «Övladının sənin ruzindən yeyəcəyindən qorxub, onu öldürmək»[2]. Mən dedim: Bəs sonra? O dedi: «Qonşunun halal qadını ilə zina etmək»[3].
Uca Allah buyurur: «Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər. Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər...»[4].
Səmurə ibn Cundubun (A.R.O.) Peyğəmbərin (S.A.V.) yuxusu haqqında rəvayət etdiyi uzun hədisdə onun belə dediyi rəvayət olunur: «Sonra biz yola düşdük və təndirə bənzər bir çalanın yanına gəldik. Rəvayətçi deyir ki, mənə elə gəlir, o deyirdi ki: oradan qəribə hay-küy və səslər gəlirdi. Sonra biz oraya yaxınlaşdıq və orada lüt kişi və qadınların olduğunu gördük. Birdən onların aşağasından od püskürdü. Odun alvu onlara dəyən kimi qışqırmağa başladılar. Mən dedim: Bunlar kimlərdir? Həmin iki mələk dedilər: Təndirə bənzər yerdə olan lüt kişi və qadınlar zina edən kişi və qadınlardır»[5].
İbn Abbas (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «"Zinakar zina etdiyi zaman mömin deyildir, şərab (sərxoşedici maddə) içən onu içdiyi zaman mömin deyildir, oğurluq edən onu etdiyi vaxt mömin deyildir, qətl törətdiyi zaman mömin deyildir».
İkrimə deyir ki, mən İbn Abbasdan soruşdum: İman ondan necə yox olur? O, bax belə deyib, əl barmaqlarını bir-birinə keçirib sonra araladı. Əgər tövbə edərsə imanına belə qayıdar deyib, barmaqlarını birləşdirdi[6].