Zina etmiş kölənin cəzası
Əgər qeyri azad insan – istər kişi, istərsə də qadın kölə – zina edərsə daşqalaq edilmir. Amma əlli şallaqla cəzalandırılır. Belə ki, uca Allah buyurur: «...Əgər onlar (ərə getdikdən sonra) zina edərlərsə, cəzaları azad qadınlara verilən əzabın yarısı qədərdir...»[1].
Abdullah ibn Əyyaş əl-Məxzumi deyir ki, Ömər ibn əl-Xəttab (A.R.O.) mənə və bir neçə nəfər qureyşli gəncə, zina etmiş bir neçə kölə qadının hərəsinə əlli şallaq vurmağımızı əmr etdi[2].