Başqasını zinada ittiham etmək (ƏL-QƏZF)

    10.04.2015

"Qəzf"in mənası, "ey zinakar" və ya buna bənzər sözlərlə zinada ittiham etmək anlamına gələn ifadələrlə, kimisə zinada ittiham etməkdir.
 
Hökmü:
Bu, haram edilmiş ən böyük günahlardan biridir.
Uca Allah buyurur: «Zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham edənlər dünyada və axirətdə lənətə düçar olarlar. Onları (qiyamət günü) çox böyük bir əzab gözləyir»[1].
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Özünüzü yeddi böyük günahdan qoruyun». Orada olanlar dedilər: Ey Allahın elçisi, onlar hansı günahlardır? O dedi: «Allaha şərik qoşmaq, sehrbazlıq etmək, Allahın haram buyurduğu canı haqsız yerə öldürmək, sələm yemək, yetimin malını mənimsəmək, döyüş meydanından qaçmaq və zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham etmək»[2].
Kim müsəlmanı zinada ittiham edərsə uca Allahın əmri ilə ona səksən çubuq vurular. Ayədə deyilir: «İsmətli qadınlara zina isnad edib, sonra (dediklərini təsdiqləyəcək) dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun və onların şəhadətini heç vaxt qəbul etməyin. Onlar sözsüz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir»[3].

 
[1] ən-Nur: 23.
[2] Buxari və Müslim. Səhih əl-Cami əs-Səğir: № 144.
[3] ən-Nur: 4.