Sudoroqadan ölən insan şəhid sayılırmı?

    18.05.2015
Sual: 
Əs sələmu aleykum və rahmətullahi və bərakətuh.Men bir hedis oxumusdum, texminen beledir:Resulallah sallallahu aleyhi və səlləmin yanina bir qadin gelir ve "Ya Resulallah men ozumden getdikde(sudurqa olanda)menim ustum basim acilir ve meni namehremler gorurler.Allaha dua et mene sefa versin" deyir.Ve Resulallah sallallahu aleyhi və səlləm"eger sebr etsen Cenneti qazanacaqsan,yox eger isteyirsense Allaha dua edim sene sefa versin"deyir.Ve qadin sebr ederem deyir.Sehv etmiremse nese bele bir hedisidi. Allahu alem.Sualim budurki, yeni eger bir nefer sudurqa verirse ve dunyasini detisirse(hemin sudurqa verdiyi ucun)ona demek olarmiki,sehid olub? Ve yaxud Cennetlikdir? (Tebiiki Allah Subhanahu va teale bilir Cennetlik olub olmamagina) sadece bu hedise esaslanaraq.2)İkinci sualim beledirkin sudurqa olmus bir insana ruqya etdirsek Allahin komekliyi ile sagalar?Allah razi olsun
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Ümumən müsibət və xəstəliklərə səbr edənlər, Allaha şükr edənlər Allahın izni ilə Cənnətə daxil ola bilərlər. Amma sudoroqa xəstəliyindən ölənin, taun xəstəliyindən ölənlər kimi Cənnətə daxil olacağı hədislərdə açıq-aydın bildirilməmişdir. Daha ətraflı: Şəhidliyin növləri
Qeyd etdiyiniz hədis belədir: Ata ibn Əbu Rabəh (Allah ona rəhmət etsin) rəvayət edir ki, Abdullah ibn Abbas (Allah ondan razı olsun) mənə belə dedi: "Sənə cənnət əhlindən olan bir qadın göstərimmi?" Mən: Bəli!- dedim. İbn Abbas dedi: "Bu zənci qadındır. Bu qadın Rəsulullahın (sallallahu aleyhi və səlləm) yanına gəlib demişdir: "Mənim epilepsiya xəstəliyim var və özümdən gedəndə örtüyüm açılaraq bədənim görünür. Mənim üçün Allaha dua et!" Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona belə cavab verdi: "İstəyirsən səbr et və Cənnətlik ol. İstəyirsən də Allaha dua edim sənə şəfa versin!" Bunu eşitdikdə qadın dedi: "Mən səbr edərəm, amma bədənim açılır. Heç olmasa açılmaması üçün dua et!" Peyğəmbər (sallallahu aleyhi və səlləm) də dua etdi". (Buxari, 5652; Muslim, 2576).
Həmçinin oxuyun: Sudoroqa xəstəliyini ruqyə ilə müalicə etmək olarmı?

Teqlər: 
Paylaş: