Lənətləşmə ilə əlaqədar hökmlər:

    13.04.2015

Əgər ərlə arvad lənətləşərlərsə, onların lənəti ilə bu hökmlər isbat olunar:
1. Ayrılmaq: Demək İbn Ömər (A.R.O.) deyir: «Peyğəmbər (S.A.V.) ənsardan olan kişi və qadından lənət etmələrini tələb etdi və sonra onları ayırdı»[1].

2. Onların əbədi olaraq bir-biri ilə evlənməsinin haram olunması:
Demək Səhl ibn Səəd deyir ki, «sünnəyə əsasən, lənətləşən ər və arvad ayrılmalı və heç vaxt bir-biri ilə evlənməməlidirlər»[2].
3. Lənətləşən qadın mehri özündə saxlaya bilər:
Demək Əyyub, Səid ibn Cubeyrdən rəvayət edir ki, mən İbn Ömərdən (A.R.O.) arvadını zinada ittiham edən kişi haqqında soruşdum. O dedi: Peyğəmbər (S.A.V.) əl-Əclan qəbiləsindən olan iki nəfəri bir-birindən ayırdı və dedi: "Allah, ikinizdən birinin yalançı olduğunu bilir. Aranızda tövbə edən varmı?" Onlar imtina etdilər. Sonra yenə dedi: "Allah, ikinizdən birinin yalançı olduğunu bilir. Aranızda tövbə edən varmı?" Onlar yenə də imtina etdilər. Sonra dedi: "Allah, ikinizdən birinin yalançı olduğunu bilir. Aranızda tövbə edən varmı?" Onlar yenə də imtina etdilər. Sonra Peyğəmbər (S.A.V.) onları ayırdı.
Əyyub deyir ki, Amr ibn Dinar mənə dedi: Görürəm ki, sən hədisin bir hissəsini danışmırsan. Sonra həmin kişi dedi: Bəs mənim verdiyim mal-dövlət (mehr) necə olsun? Peyğəmbər (S.A.V.) dedi: «Sənə heç bir mal-dövlət çatmır. Əgər sən onu haqlı olaraq ittiham etmisənsə, verdiyin malın əvəzində onunla yaxınlıq etmisən. Yox əgər sən onu yalandan ittiham etmisənsə, mal-dövlət səndən uzaqdır»[3].
4. Doğulan uşaq lənət edən qadında qalmalıdır:
İbn Ömər deyir ki, «Peyğəmbər (S.A.V.) bir kişidən və arvadından lənət etməyi tələb etdi. Kişi uşaqdan imtina etdi. Peyğəmbər (S.A.V.) onları ayırdı və uşağı arvada verdi»[4].
5. Lənət edən qadın və uşağı bir-birinə vərəsə sayılırlar:
İbn Şihab, Səhl ibn Sədin hədisində deyir: «Bu hadisədən sonra sünnəyə görə lənətləşən kişi və qadın ayrılmalıdır. Həmin hadisədə arvad hamilə idi. Onun uşağı isə anasına nisbət olunurdu». Sonra deyir: «Sonra sünnəyə görə həmin uşaq anasının, anası da onun vərəsəsi sayıldı»[5].

 
[1] Buxari: 9/ 458/ № 5314. Müslim: 2/ 1133/ № 1494.
[2] Hədis səhihdir. əl-İrva: № 2104.Əbu Davud: 6/ 337/ № 2233. Beyhəqi: 7/ 410.
[3] Buxari: 9/ 456/ № 5311. Müslim: 2/ 1130/ № 1493. Əbu Davud: 6/ 347/ № 2240, 2241. Nəsai: 6/ 177.
[4] Buxari: 9/ 460/ № 5315. Müslim: 2/ 1132/ № 1494. Əbu Davud: 6/ 348/ № 2242. Tirmizi: 2/ 338/ № 1218. Nəsai: 6/ 178. İbn Macə: 1/ 669/ № 2069.
[5] Buxari: 9/ 452/ № 5309. Müslim: 2/ 1129/ № 1492. Əbu Davud: 6/ 339/ № 2235.